
Samsung Odyssey G50SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
Samsung öz yeni gaming monitorunu təqdim edib. Söhbət, Samsung Odyssey G50SF-dən gedir. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 200 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə AMD FreeSync və NVIDIA G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.2 və HDMI 2.0 girişlərini əldə edib. Samsung Odyssey G50SF artıq Çində satışa çıxıb və onun qiyməti 372$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş