
Samsung Odyssey G60F gaming monitoru təqdim edilib - QİYMƏTİ
Samsung öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Samsung Odyssey G60F adlanır. Beləliklə sözügedən yeni monitor 350 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti 1 millisaniyə təşkil edir. Ekran 16.7 milyon rəngi əks etdirə bilir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə FreeSync Premium və G-Sync Compatible texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4 və HDMI 2.1 girişlərini əldə edib. Samsung Odyssey G60F-in nə zaman satışa çıxacağı açıqlanmasa da qeyd edilib ki, onun qiyməti 500$ təşkil edəcək.

Paylaş