main-post-cover

    Samsung orta büdcəli yeni Galaxy M32 smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    21.06.2021
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy M seriyasının yeni smartfon modelini təqdim edib. Söhbət, Galaxy M32-dən gedir. Bu smartfonun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, 6000 mAh enerji tutumlu batareyaya sahibdir. Bununla yanaşı Galaxy M32 modeli yüksək təsvir tezliyinə sahib ekranı, 64 MP-lik əsas kameranı və sürətli şarj texnologiyasını özündə birləşdirir. Beləliklə smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 düym OLED ekrana sahibdir. Ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib.
        Bununla yanaşı ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Əsas texniki götəricilərə gəldikdə isə Galaxy M32 modeli MediaTek Helio G80 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (genişbucaqlı obyektiv) + 2 MP (makroobyektv) + 2 MP (ToF obyektiv) dördlü arxa kamera, 20 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy M32 artıq satışdadır. 4 GB RAM-a və 64 GB yaddaşa sahib versiya 202$-a, 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiya isə 229$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər