Samsung ortü büdcəli Galaxy A56 5G smartfonunu hazırlayır
Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti Galaxy A seriyasının yeni orta büdcəli smartfonu üzərində çalışır. Söhbət, Galaxy A56 5G-dən gedir. Smartprix saytı sözügedən smartfonu IMEI məlumatlar bazasında aşkar edib. IMEI məlumatlar bazasında yeni smartfonun model nömrəsi kimi SM-A566B/DS qeyd edilib. Hazırlanan yeni smartfon Galaxy A55 5G-nin davamçısı olmalıdır. Galaxy A56 5G modelinin IMEI məlumatlar bazasında ortaya çıxması onun şirkət daxilində test olunduğuna və 2025-ci ilin əvvəlində təqdim olunacağına işarə edir. İnsayderlərin sözlərinə əsasən bu yeni smartfon hələ təqdim edilməmiş Exynos 1580 prosessoru vasitəsilə çalışacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...