
Samsung öz flaqman smartfonlarına Exynos prosessorlarının geri dönüşündə israrlıdır
Mobil Cihazlar
25.07.2023
Emil Noisy
Hələ aprel ayında məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti gələn il üçün öz flaqman smartfonlarına Exynos prosessorlarını geri qaytarmağa ümid edir. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən şirkət Exynos prosessorlarını Galaxy S23 FE smartfonuna və gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 smartfon seriyasına geri qaytarmağı planlaşdırır. Təbii ki, bu cür qərar yalnız bəzi regionları əhatə edəcək.
Məsələn daha öncə Exynos prosessoruna sahib Galaxy S smartfonları MDB ölkələrində, Avropada, Afrikada, Cənub-Qərbi Asiyada və Orta Şərqdə satışa çıxırdılar. Bu halda Snapdragon prosessoruna sahib Galaxy S smartfonları isə yalnız ABŞ ilə Çində satışa çıxırdılar. Lakin bu ilin əvəvlində təqdim edilmiş Galaxy S23 smartfonları bütün regionlarda Snapdragon prosessoru ilə satışa çıxdılar. Görünür, şirkət öz əvvəlki praktikasına geri qayıtmaqda çox həvəslidir.
Linki kopyala
Həftənin xəbərləri

