
Samsung öz smartfonları üçün MagSafe analoqunu hazırlamış ola bilər
Cihazlar+
12.01.2024
Emil
Samsung şirkəti Galaxy Book 4 noutbuk seriyasının özəlliklərini əks etdirən yeni reklam videosunu təqdim edib. Lakin videoda diqqət çəkən məqam tamamilə fərqli mövzu ilə bağlıdır. Videonun 1:10 hissəsində smartfonun maqnit vasitəsilə xüsusi dayağa bərkidildiyini görmək olar. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Galaxy smartfonlarında maqnit bərkidici özəlliyi yoxdur. Burdan belə qənaətə gəlmək olar ki, Samsung şirkəti Galaxy S24 smartfon seriyası üçün MagSafe analoqunu hazırlamış ola bilər. İnsayderlərin məlumatlarına əsasən Galaxy S24 Ultra smartfonu 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Bu isə keçən ilin yanvar ayında təqdim edilmiş Qi2 adlı yeni naqilsiz şarj standartı üçün kifayətdir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
