main-post-cover

    Samsung öz smartfonları üçün təhlükəsizlik yenilənmələrinin dəstək müddətini uzadıb

    Cihazlar+
    23.02.2021
    Farid Pardashunas
        Hələ keçən il Samsung bildirmişdi ki, o, 3 il ərzində öz smartfonları üçün təhlükəsizlik yenilənmələrini təqdim edəcək. İndi isə məlum olub ki, şirkət həmin müddəti 4 ilədək uzadıb. Bu barədə GSMarena saytı xəbər verib. Qeyd etmək lazımdır ki, söhbət, böyük sistem yenilənmələrindən deyil təhlükəsizlik yenilənmələrindən gedir. Həmin yenilənmələr hər ay və ya ilin hər rübü təqdim oluna bilərlər. 4 il müddətində təhlükəsizlik yenilənmələrini əldə edəcək cihazlar arasında Galaxy seriyasının 2019-cu ildən satışa çıxmış Z, S, Note, A, M, XCover smartfonları və Tab planşetləri var. Ümumilikdə siyahıda 130 cihaz modeli mövcuddur. 4 il ərzində təhlükəsizlik yenilənmələrini əldə edəcək cihazların ümumi siyahısı aşağıdakı kimidir:
    - Qatlana bilən smartfonlar: Galaxy Fold, Fold 5G, Z Fold 2, Z Fold 2 5G, Z Flip, Z Flip 5G
    - Galaxy S seriyası: Galaxy S10, S10+, S10e, S10 5G, S10 Lite, S20, S20 5G, S20+, S20+ 5G, S20 Ultra, S20 Ultra 5G, S20 FE, S20 FE 5G, S21 5G, S21+ 5G, S21 Ultra 5G
    - Galaxy Note seriyası: Galaxy Note 10, Note 10 5G, Note 10+, Note 10+ 5G, Note 10 Lite, Note 20, Note 20 5G, Note 20 Ultra, Note 20 Ultra 5G
    - Galaxy A seriyası: Galaxy A10, A10e, A10s, A20, A20s, A30, A30s, A40, A50, A50s, A60, A70, A70s, A80, A90 5G, A11, A21, A21s, A31, A41, A51, A51 5G, A71, A71 5G, A02s, A12, A32 5G, A42 5G
    - Galaxy M seriyası: Galaxy M10s, M20, M30, M30s, M40, M11, M12, M21, M31, M31s, M51
    - Galaxy XCover seriyası: Galaxy XCover4s, XCover FieldPro, XCover Pro
    - Galaxy Tab planşet seriyası: Galaxy Tab Active Pro, Tab Active3, Tab A 8 (2019), Tab A with S Pen, Tab A 8.4 (2020), Tab A7, Tab S5e, Tab S6, Tab S6 5G, Tab S6 Lite, Tab S7, Tab S7+.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər