Logo
    main-post-cover

    Samsung öz smartfonlarına gələcəkdə daha güclü süni zəka funksiyalarını əlavə edəcək

    Cihazlar+
    30.01.2024
    Emil
          Samsung şirkəti Galaxy S24 smartfonlarını təqdim edən zaman onlarda Galaxy AI adlı suni zəka funksiyalarına böyük diqqət ayırdı. Daha sonra məlum oldu ki, sözügedən süni zəka funksiyaları müəyyən müddətə kimi pulsuz olacaqlar. Samsung şirkətinin mobil şöbəsinin rəhbəri TM Roh şirkətin ödənişli süni zəka funksiyaları barəsində bəzi fikirləri söyləyib. Beləliklə TM Roh-un sözlərinə əsasən Samsung ilk əvvəldən süni zəka funksiyalarını pullu etməyi planlaşdırırdı.
         Belə ki, şirkət həmin funksiyaların hazırlanmasına böyük resurslar sərf edib. Bununla belə TM Roh bildirib ki, Galaxy S24 smartfonları çərçivəsində təqdim edilmiş süni zəka funksiyaları həqiqətən də 2025-ci ilin sonuna kimi pulsuz şəkildə təqdim ediləcək. Lakin ondan sonra süni zəka funksiyalarından istifadə haqqının nə qədər təşkil edəcəyi mövzusu ilə bağlı Samsung hələ yekun bir qərara gəlməyib. Bununla yanaşı TM Roh bildirib ki, Samsung gələcəkdə öz smartfonlarına daha güclü süni zəka funksiyalarını inteqrasiya etməyi planlaşdırır.
    Paylaş