Logo
    main-post-cover

    Samsung öz yeni monitorlarını anons edib

    Cihazlar+
    14.12.2023
    Emil
         Samsung şirkəti gələn ay baş tutacaq CES 2024 sərgisində təqdim edəcəyi iki yeni monitorunu anons edib. Monitorlardan biri kompüter oyunları, digəri isə ofis işləri üçün nəzərdə tutulacaq. Onların hər ikisi isə OLED ekrana sahib olacaq. Məlumatda qeyd edilib ki, gaming monitor 360 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ekran ilə təchiz olunacaq. Samsung həmçinin bu gaming monitoru mövzusunda AMD şirkəti ilə əməkdaşlığını da elan edib.
         Lakin bu əməkdaşlığın monitorda hansı özəlliyi əhatə edəcəyi tam aydın deyil. Ehtimal ki, söhbət, monitorda AMD FreeSync texnologiyasının dəstəyindən gedir. İkinci monitor isə 4K keyfiyyətli 31.5 düym ekranla təchiz olunacaq. Monitorlar barəsində digər bir məlumat verilməyib. Samsung bildirib ki, sözügedən monitorlar artıq kütləvi istehsalat prosesinə keçid ediblər və CES 2024-dəki təqdimatdan sonra satışa çıxacaqlar.
    Paylaş