Logo
    main-post-cover

    Samsung qatlana bilən Galaxy Z Fold 6-nın büdcəli versiyasını ləğv etmiş ola bilər

    Cihazlar+
    14.05.2024
    Emil
         Samsung şirkətinin yay fəslində təqdim edəcəyi gözlənilən qatlana bilən Galaxy Z Fold 6 smartfonu barəsində son zamanlarda müxtəlif məlumatlar ortaya çıxıb. Bəzi məlumatlarda Galaxy Z Fold 6-nın büdcəli versiyasının, digər məlumatlarda isə onun Galaxy Z Fold 6 Ultra adlı daha premium versiyasının təqdim olunacağı qeyd edilib. Lakin verilmiş yeni məlumata əsasən Samsung Galaxy Z Fold 6-nın büdcəli versiyasını ləğv edə bilər.
         The Elec saytının vermiş olduğu məlumata əsasən şirkət Galaxy Z Fold 6-nın bu il daha büdcəli versiyasının təqdimatı ilə bağlı planlarına yenidən nəzər yetirir. Məlumatda qeyd edilib ki, Samsung şirkəti Galaxy Z Fold 6-nın büdcəli versiyasını adi versiya ilə birgə təqdim etməyi planlaşdırırdı. The Elec saytının sözlərinə əsasən şirkət bir neçə müddət bundan öncə IPX8 reytinqinə və 200 000 qatlanma reytinqinə sahib smartfonun testini yekunlaşdırıb.
         Lakin test edilmiş smartfon Çin şirkətlərinin qatlana bilən smartfonlarından daha nazik olmayıb. Samsung isə öz növbəsində adi Galaxy Z Fold 6-dan daha nazik və Çin şirkətlərinin analoqlarından daha dözümlü olan smartfonu hazırlamağı hədəfləmişdi. Lakin görünür, şirkət bu məqsədlərə nail ola bilməyib. Məlumatda qeyd edilib ki, bütün bunlar Samsung-un Galaxy Z Fold 6-nın daha büdcəli versiyasından imtina etməsinə səbəb olub. Son məlumata əsasən isə şirkət bu il yalnız Galaxy Z Fold 6 ilə Z Flip 6-nı təqdim edəcək.
    Paylaş