Logo
    main-post-cover

    Samsung qatlana bilən Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarının istehsalına start verib

    Cihazlar+
    06.05.2025
    Emil
         İnternetdə dəfələrlə 2025-ci ildə Samsung tərəfindən qatlana bilən Galaxy Z Fold 7Galaxy Z Flip 7 smartfonlarının satışa çıxacaqları ilə bağlı məlumatlar yayılıb. Nüfuzlu insayder PandaFlash bildirib ki, Samsung artıq Galaxy Z Fold 7, Galaxy Z Flip 7 smartfonlarının və onlara aid aksesuarların kütləvi istehsalına başlayıb. Digər mənbələrin məlumatına görə, Cənubi Koreya nəhəngi qlobal bazarda qatlana bilən smartfonlara maraqla bağlı proqnozunu yenidən gözdən keçirib və istehsal həcmini 40% azaltmaq qərarına gəlib.
         Bu qərara əsasən, Galaxy Z Flip 7 modeli 3 milyon ədəd, Z Fold 7 isə cəmi 2 milyon ədəd istehsal ediləcək. Bundan əlavə, Samsung tərəfindən 2025-ci ilin sonuna doğru təqdim olunması gözlənilən iddialı üçqat qatlana bilən smartfonun satış həcmi cəmi 200 min ədəd olacaq. Bu isə yalnız alıcı marağının azalması ilə deyil, həm də bu cür cihazların yüksək qiyməti ilə bağlıdır. Müqayisə üçün, yeganə üçqat qatlana bilən smartfon olan Huawei Mate XT hazırda 3499 avro qiymətinə satılır.
    Paylaş