main-post-cover

    Samsung qatlana bilən növbəti Galaxy Z Fold modelini daha da təkmilləşdirəcək

    Cihazlar+
    03.11.2022
    Farid Pardashunas
        Verilmiş məlumata əsasən Samsung şirkəti növbəti nəsil Galaxy Z Fold smartfonunu təkmilləşdirməyi planlaşdırır. Şirkət əsasən smartfonun ekran ölçüsünü dəyişmədən onun çəkisini və gövdəsinin qalınlığını azaltmaq niyyətindədir. Bununla yanaşı Samsung növbəti Galaxy Z Fold modelinə stilus əlavə etməyi və onun bir neçə özəlliyini yaxşılaşdırmağı planlaşdırır. Sadalanmış bu özəlliklərdən bəzilərini şirkət bu ilki Galaxy Z Fold modelində reallaşdırmaq istəyirdi. Yəni bu ilki Galaxy Z Fold modeli əslində daha nazik, daha dözümlü olmalı və daha təkmilləşdirilmiş kamera ilə təchiz olunmalı idi. Lakin nəticədə şirkət aktual olan Galaxy Z Fold modelində bütün bu özəllikləri bir araya gətirə bilmədi. Şirkət bu planları Galaxy Z Fold 5 üçün saxladı.
        Beləliklə gözləntilərə əsasən Galaxy Z Fold 5-də həm təkmilləşdirilmiş kamera həm də stilus olmalıdır. Bununla yanaşı Samsung qatlana bilən smartfonlar bazarı barəsində bəzi proqnozlarını bölüşüb. Beləliklə şirkətin proqnozlarına əsasən 2025-ci ilə kimi qatlana bilən smartfonlar bazarı 80% böyüyəcək. 2024-cü ildə isə Apple öz ilk qatlana bilən iPhone modelini təqdim edəcək. Bundan əlavə olaraq Samsung qeyd edib ki, iPhone istifadəçiləri arasında 20-30 yaş kateqoriyasına daxil olan şəxslər ənənəvi smartfonlara keçid ilə müqayisədə Samsung-un qatlana bilən smartfonlarına 4 dəfə daha tez-tez keçid edirlər. Galaxy Z Fold və Z Flip modellərinin sahiblərinin 90%-i isə yaxın gələcəkdə ənənəvi smartfonlara keçidi planlaşdırmır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər