
Samsung qatlanma izinə sahib olmayan qatlana bilən smartfon prototipini sərgiləyib
Cihazlar+
05.03.2025
Emil
Samsung MWC 2025 sərgisində yeni qatlana bilən smartfon prototipini təqdim edib. Onun əsas xüsusiyyəti isə ekrandakı qatlanma izinin demək olar ki, görünməz olmasıdır. Bu, müxtəlif insayderlərin qarşıdakı Galaxy Z Fold 7 modelində oxşar təkmilləşdirmənin olacağı ilə bağlı yayılan məlumatları təsdiqləyir. Fotolarda göründüyü kimi, smartfonun sağ tərəfində ekranın qatlanan yerində nəzərəçarpan bir qatlanma izi yoxdur. Bu hissədə işıq əks olunanda cüzi təhriflər müşahidə olunsa da, sol tərəfdəki cihazla müqayisədə fərq açıq şəkildə görünür.

Qatlanma hissəsinin toxunuş zamanı hiss olunub-olunmadığı isə məlum deyil. Diqqətçəkən məqamlardan biri də odur ki, prototip sol tərəfdəki cihazdan daha böyük ekrana malikdir. Bu da Samsung-un növbəti qatlana bilən smartfonu ilə bağlı son şayiələrlə üst-üstə düşür. Gözlənilir ki, Galaxy Z Fold 7 modelində daxili ekranın diaqonalı 7.6 düym-dən 8.2 düym-ə, xarici ekranın isə 6.3 düym-dən 6.5 düym-ə qədər böyüyəcək. Bundan əlavə, cihazın qatlanmış vəziyyətdə qalınlığının 5.6 mm-dən 4.5 mm-ə qədər azalacağı bildirilir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung genişləndirilmiş reallıq (XR) cihazının bu il ərzində təqdim olunacağını təsdiqləyib
Samsung MWC 2025 sərgisində Google ilə birgə hazırladığı genişləndirilmiş reallıq (XR) cihazı - Project Moohan-ı sərgiləyib. Bu cihaz ötən il satışa çıxarılan və 3500$ dəyərində olan Apple Vision Pro-ya alternativ kimi nəzərdə tutulub.

Cihazlar+
Samsung qatlana bilən portativ oyun konsolu prototipini sərgiləyib
MWC 2025 sərgisində Samsung Display "Flex Gaming" konseptini təqdim edib - bu, 7.2 düym ölçülü qatlana bilən OLED ekranlı portativ oyun konsoludur.

Elm & Texnologiya
Samsung 5000 nit parlaqlıq səviyyəsinə sahib OLED ekranını təqdim edib
Samsung, MWC 2025 sərgisi çərçivəsində smartfonlar, smart saatlar və noutbuklar üçün nəzərdə tutulmuş 5000 nit pik parlaqlığa malik yeni OLED ekranını təqdim edib.

Cihazlar+
Samsung Galaxy A26 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy A36 5G və A56 5G ilə yetinməyərək üstəlik Galaxy A26 5G modelini də təqdim edib. Bu model xarici görünüşcə demək olar ki, Galaxy A36 5G və A56 5G-yə bənzəyir.

Cihazlar+
Samsung Galaxy A36 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy A56 5G ilə yanaşı üstəlik Galaxy A36 5G smartfonunu da təqdim edib. Galaxy A36 5G mdoeli xarici görünüşcə Galaxy 56 5G-dən heç də fərqlənmir.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
