main-post-cover

    Samsung səhvən Galaxy Z Fold 2-nin qiymətini sızdırıb

    Cihazlar+
    28.08.2020
    Farid Pardashunas
        Samsung şirkəti qatlana bilən Galaxy Z Fold 2 smartfon modelini bu ayın əvvəlində təqdim etmişdi. Həmin təqdimat zamanı smartfonun texniki özəllikləri və satış qiyməti barəsində dəqiq bir məlumat verilməmişdi. Bütün bu məlumatlar sözügedən smartfon üçün 1 sentyabr tarixində ayrıca keçiriləcək xüsusi tədbir çərçivəsində veriləcək. Lakin Samsung şirkəti öz saytında səhvən Galaxy Z Fold 2-nin qiymətini sızdırıb. Bu barədə Androidauthority saytı xəbər verib.
        Samsung-un Britaniya şöbəsi üzrə saytında Galaxy Z Fold 2-nin təsviri və qiymət göstəricisi ortaya çıxıb. Beləliklə həmin saytdakı məlumata əsasən smartfon 1799 funt sterlinq (2375$) qiymətində satılacaq. İnsayderlər qeyd ediblər ki, smartfon ABŞ-da yerli valyutaya bağlı olacaq və 1899$-a satılacaq. Bu isə keçən ilki Galaxy Fold-dan 100$ ucuzdur. Saytda ortaya çıxmış məlumata əsasən satışa çıxan zaman Galaxy Z Fold 2-nin yalnız 256 GB daxili yaddaşa sahib versiyası təqdim olunacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər