Samsung şirkəti bu qatlana bilən smartfonun 5G versiyasını hazırlayır

Samsung şirkəti bu qatlana bilən smartfonun 5G versiyasını hazırlayır

Mobil Cihazlar
01.06.2020 PAYLAŞIM

    5 ay bundan öncə Samsung şirkəti qatlana bilən Galaxy Z Flip smartfon modelini təqdim etmişdi. Verilmiş məlumata əsasən isə şirkət hal hazırda sözügedən smartfonun bir qədər yeni versiyası üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur insayder Max Weinbach-ın sözlərinə əsasən smartfonun yenilənmiş versiyasının əsas fərqi ondan ibarət olacaq ki, o, 5G şəbəkə dəstəyini əldə edəcək. Smartfon artıq yaxın zamanda 1500$ qiymətində satışa çıxmalıdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Galaxy Z Flip modeli 1380$ qiymətində satılır.

    Təəssüflər olsun ki, yenilənmiş Galaxy Z Flip-in hansı prosessor modeli ilə təchiz olunacağı barəsində bir məlumat yoxdur. Bu ya Snapdragon X55 5G modeminə sahib Snapdrgon 865 prosessoru ya Snapdragon X50 5G modeminə sahib Snapdragon 855 prosessoru ya da Snapdragon X52 5G modeminə sahib Snapdragon 765 prosessoru ola bilər. Faktiki olaraq yenilənmiş Galaxy Z Flip modelinin bütün texniki göstəriciləri aktual olan Galaxy Z Flip-in texniki göstəriciləri ilə eyni olmalıdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fərdi Google prosessoruna sahib Pixel 6 və Pixel 6 Pro smartfonları təqdim olunu..

Google şirkəti rəsmi şəkildə Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edib.


OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi yaxın aylarda ilk smartfonunu t..

Ortaya çıxmış yeni məlumatlara əsasən OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı y..


Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək..

Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq ni..


Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunu..

OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OneP..


Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təq..


iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunu..

×