Samsung şirkəti daha bir büdcəli smartfon seriyası üzərində çalışır

Samsung şirkəti daha bir büdcəli smartfon seriyası üzərində çalışır

Mobil Cihazlar
15.09.2020 PAYLAŞIM

    Samsung şirkəti son bir neçə il ərzində bazara Galaxy M Galaxy A seriyaları altında büdcəli smartfon modellərini satışa çıxardır. Ortaya çıxmış yeni məlumat sızıntısına əsasən isə şirkət daha bir büdcəli smartfon seriyası üzərində çalışır. Bu barədə 91mobiles saytı xəbər verib. Məlumata əsasən şirkət hal hazırda Galaxy F adlı büdcəli smartfon seriyası üzərində çalışır.

    Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkətin qatlana bilən smartfon modelləri məhz Galaxy F seriyası altında birləşəcəklər. Məlumatda qeyd edilib ki, şirkət Galaxy F seriyasında bahalı olmayan və təkmilləşdirilmiş kameralara sahib smartfonları satışa çıxardacaq. Bu cür smartfonlar 200$-300$ qiymətində satılmalıdırlar və gözləntilərə əsasən sözügedən smartfonlar yalnız online mağazalar vasitəsilə satılacaqlar.


    Məlumata əsasən yeni smartfon seriyasının ilk modeli Galaxy F41 olacaq. Sözügedən smartfon SM-F415F kod adına sahibdir. Təəssüflər olsun ki, smartfonun texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Lakin güman olunur ki, yeni smartfon Galaxy M31 modelinin sahib olduğu texniki göstəricilər ilə təchiz olunacaq. Galaxy F41 smartfonu ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim olunmalıdır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Pixel 6-nın keyfiyyətli render fotoları təqdim olunub

Google şirkətinin hələ təqdim olunmamış yeni Pixel smartfonlarının render fotoları internetdə ortaya..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxıb

Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin ilk qatlana bilən smartfonu Mi Mix Fold-un satışa çıxmas..


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...

×