Logo
    main-post-cover

    Samsung şirkəti Galaxy M34 smartfonunun təqdimatına hazırlaşır

    Cihazlar+
    14.06.2023
        Samsung şirkəti Galaxy M seriyasının növbəti modelini təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy M34-dən gedir. Sözügedən smartfon artıq Samsung-un saytında kataloq nömrəsi şəklində ortaya çıxıb. Onun kataloq nömrəsi SM-M346B/DS-dir. Smartfonun kataloq nömrəsindən belə qənaətə gəlmək olar ki, o, 5G və iki SIM kart dəstəyinə sahib olacaq. Smartfonun texniki göstəriciləri barəsində dəqiq bir məlumat yoxdur. Lakin güman etmək olar ki, Galaxy M34 smartfonu 6.6 düym ekran, MediaTek Dimensity 1080 prosessoru və böyük həcmli batareya ilə təchiz olunacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...