Logo
    main-post-cover

    Samsung şirkəti Galaxy M44 5G adlı yeni smartfon üzərində çalışır

    Cihazlar+
    28.07.2023
    Emil
        Samsung şirkəti öz Galaxy M smartfon seriyasını yeni model ilə genişləndirməyə hazırlaşır. Söhbət, Galaxy M44 5G adlı yeni smartfondan gedir. Məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Geekbench-in məlumatlar bazasına əsasən Galaxy M44 5G smartfonu lahaina kod adına sahib prosessor vasitəsilə çalışacaq və özündə Adreno 660 qrafik çipini birləşdirəcək. Qeyd etmək lazımdır ki, lahaina kod adı məhz Snapdragon 888 prosessoruna məxsusdur. Bundan əlavə olaraq smartfon 6 GB RAM-ı və Android 13 əməliyyat sistemini əldə edəcək. Galaxy M44 5G Geekbench-in bir nüvəli testi çərçivəsində 1531 xal, çox nüvəli testi çərçivəsində isə 3771 xal toplayıb. Smartfonun nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər