Reklam
Samsung şirkəti Galaxy Note seriyasından imtina edə bilər

Samsung şirkəti Galaxy Note seriyasından imtina edə bilər

Mobil Cihazlar
25.08.2020 PAYLAŞIM

    Galaxy Note 20 smartfon seriyasının təqdim olunmasından sonra internetdə Galaxy Note seriyasının gələcəyi barəsində məlumatlar ortaya çıxmağa başladı. İnsayderlərin proqnozlarına əsasən gələn il Galaxy Note seriyasının yenilənməsini gözləmək lazım deyil. Bu barədə Gizmochina saytı xəbər verib. Məlumata əsasən Samsung şirkəti Galaxy Note seriyasından imtina edə bilər. Bununla belə şirkət S Pen stilusunun dəstəyini dayandırmaq niyyətində deyil.

    Ortaya çıxmış məlumatda qeyd olunub ki, S Pen stilusunun dəstəyi gələn il Galaxy S21 Ultra modelində reallaşdırılacaq. Galaxy S və Galaxy Note seriyaları arasında minimal fərq olduğu üçün Galaxy Note seriyasının davam etdirilməsinin mənası qalmır. Məlumata əsasən Samsung şirkəti öz diqqətini əsasən qatlana bilən smartfon modellərinə ayıracaq. Buna görə də Galaxy Z Fold 2 modelində də S Pen stilusunun dəstəyini gözləmək olar. Bununla yanaşı Galaxy S seriyası ToF kamera sensorundan da məhrum ola bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Galaxy S23 və Galaxy S23+ smartfonlarının dizaynları sərgilənib

OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilən Galaxy S23 və Ga..


Orta büdcəli Xiaomi Civi 2 smartfonu təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti ilk növbədə gənclər üçün nəzərdə tutulmuş Civi 2 smartfonunu təqdim edib...


Samsung smartfonlar üçün ekranın alt hissəsinə yerləşdirilən ikili ön kamera tex..

Smartfon istehsalçılarının bir hissəsi öz məhsullarının ekranlarında müxtəlif çıxıntı hissə ilə təcr..


Apple gələn il iPhone 15 Pro Max-ı iPhone 15 Ultra ilə əvəzləyə bilər

Bloomberg saytının jurnalisti Mark Gurman-ın fikrincə gələn il Apple şirkəti adi iPhone modelləri il..


iPhone 14 Pro-nun yol-nəqliyyat qəzasını təyin etmək funksiyası test edilib (VİD..

Bu ayın əvvəlində təqdim edilmiş yeni iPhone 14 smartfonları təkcə Dynamic Island adlı çıxıntı hissə..


LG-nin uzana bilən ekrana sahib smartfonu sərgilənib (VİDEO)

Öz mobil şöbəsinin bağlanmasından bir neçə ay öncə LG şirkəti CES 2021 sərgisi çərçivəsində uzanan e..

×