main-post-cover

    Samsung şirkəti Galaxy Note ticarət nişanına aid hüquqlarının müddətini uzatmayıb

    Cihazlar+
    08.09.2021
    Emil Nəcəfov
        Artıq açıq-aydın məlumdur ki, Samsung şirkəti bu il Galaxy Note 21 smartfon seriyasını təqdim etməyəcək. Çox güman ki, Galaxy Note seriyasının yeni smartfonları heç gələn il də təqdim olunmayacaq. Cənubi Koreyanın patent agentlikləri vasitəsilə əldə edilmiş yeni məlumatlar isə onu göstərir ki, Samsung ümumiyyətlə Galaxy Note seriyasından tamamilə imtina edib. Verilmiş məlumata əsasən Samsung bir neçə müddət bundan öncə Cənubi Koreyada bir çox ticarət nişanının patent müddətini yeniləyib. Söhbət, Galaxy S, Galaxy Z, Galaxy MGalaxy A ticarət nişanlarından gedir. Lakin patent müddəti yenilənmiş ticarət nişanları arasında Galaxy Note yoxdur.
        Bu isə ona işarə edir ki, Samsung bundan sonra öz smartfonlarında Galaxy Note ticarət nişanından istifadə etmək niyyətində deyil. Burdan da belə nəticəyə gəlmək olar ki, keçən il təqdim edilmiş Galaxy Note 20 modelləri bu seriyanın son smartfonlarıdır. Bu il şirkət yeni Galaxy Note modellərinin təqdim olunması əvəzinə əsas diqqətini qatlana bilən Galaxy Z Flip 3Galaxy Z Fold 3 smartfonlarının satışa çıxarılmasına yönəldib. Samsung-un öz qatlana bilən smartfon modellərini nə dərəcədə inkişaf etdirdiyini nəzərə alsaq, güman etmək olar ki, gələn il Galaxy Z Flip 4 Galaxy Z Fold 4 smartfonları təqdim olunacaqlar.
        Bnunla yanaşı gələn il həmçinin Galaxy S22 smartfon seriyasının təqdimatı da gözlənilir. Onu da qeyd etmək lazımdır ki, Samsung həmçinin S Pen stilusunun dəstəyini də genişləndirib. Belə ki, əvvəllər S Pen stilusundan yalnız Galaxy Note smartfonlarında istifadə etmək mümkün idi. İndi isə bu stilusun dəstəyinə həmçinin Galaxy S21 Ultra və Galaxy Z Fold 3 sahibdir. Buna baxmayaraq Samsung Galaxy Note seriyasına bir dəfəlik son qoyulması üzrə rəsmi məlumatı hələ təqdim etməyib. Qeyd edilmiş ticarət nişanları ilə bağlı məsələ hələ Cənubi Koreyanı əhatə edir. Şirkətin nəticədə fikrini dəyişərək Galaxy Note seriyasına geri dönüş edəcəyi də istisna deyil.
    Linki kopyala