main-post-cover

    Samsung şirkəti Galaxy S20 Fan Edition flaqman smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    24.09.2020
    Farid Pardashunas
        Bir çox məlumat sızıntısından sonra Samsung şirkəti Galaxy S20 Fan Edition flaqman smartfon modelini təqdim edib. Adi Galaxy S20-dən o, böyük ölçülü yastı ekran, fərqli kamera göstəriciləri, böyük həcmli batareya və fərqli gövdə rəngləri ilə fərqlənir. Galaxy S20 Fan Edition modeli Full HD+ keyfiyyətli 6.5 düym AMOLED ekran əldə edib. Ekranın kənar hissələri əyilmiş formada deyillər. Bununla yanaşı yeni smartfonun ekranı həmçinin 120 Hz-lik təsvir yenilənməsini də dəstəkləyir.
        Onu da qeyd etmək lazımdır ki, Galaxy S20 Fan Edition modeli iki versiyada təqdim olunub. 4G 5G dəstəkli. Smartfonun 4G versiyası Exynos 990 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 12 MP (f/1.8 diafraqma, OIS) + 12 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı sensor) + 8 MP (f/2.0 diafraqmalı teleobyektiv, üçqat optik zoom, OIS) üçlü arxa kamera, 32 MP-lik (f/2.0 diafraqma) ön kamera və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun 5G versiyasına gəldikdə isə o, Snapdragon 865 prosessoru, 6 GB RAM və 128 GB daxili yaddaş həcminə sahibdir.
        Digər özəlliklər baxımından 5G versiya ilə 4G versiya eynidirlər. Bununla yanaşı hər iki smartfonun ekranına barmaq izi skanı texnologiyası inteqrasiya edilib və IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfonlar One UI interfeysli Android 10 əməliyyat sistemi ilə çalışırlar. Smartfonlar 2 oktaybr tarixində satışa çıxacaqlar. Maraqlısı ondadır ki, smartfonun 5G versiyası yalnız ABŞ-da satılacaq və onun qiyməti 700$ təşkil edəcək. Avropada isə smartfonun 4G versiyası satılacaq və onun qiyməti 630 avrodan başlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər