main-post-cover

    Samsung şirkəti Galaxy S21 smartfon seriyasının təqdimat tarixini elan edib (VİDEO)

    Cihazlar+
    04.01.2021
    Farid Pardashunas
        Samsung şirkəti rəsmi şəkildə Galaxy Unpacked 2021 tədbirinin keçirilmə tarixini elan edib. Sözügedən tədbirdə şirkət yeni Galaxy S21 flaqman smartfon seriyasını təqdim edəcək. Bununla yanaşı şirkətin digər yeni məhsulları da təqdim edəcəyi gözlənilir. Beləliklə şirkət bildirib ki, Galaxy Unpacked 2021 tədbiri 14 yanvar tarixində baş tutacaq. Təqdim olunmuş qısa videoda həmçinin Galaxy S21-in arxa kamera modulunun görüntüsü də əks olunub. Təqdimat çərçivəsində Galaxy S21, S21+S21 Ultra smartfonlarının təqdim olunması gözlənilir. Bununla yanaşı şirkət həmçinin naqilsiz Galaxy Buds Pro qulaqlıqlarını da təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər