main-post-cover

    Samsung şirkəti qatlana bilən Galaxy Z Fold seriyasının daha 3 smartfonu üzərində çalışır

    Cihazlar+
    27.08.2020
    Farid Pardashunas
        Samsung artıq 4 ədəd qatlana bilən smartfon modeli təqdim edib. Söhbət, Galaxy Z Flip, Galaxy Z Flip 5G, Galaxy FoldGalaxy Z Fold 2 modellərindən gedir. Lakin görünür, şirkət bununla yetinmək niyyətində deyil. Belə ki, insayderlərin məlumatlarına əsasən şirkət yaxın gələcəkdə minimum 3 ədəd yeni qatlana bilən smartfon təqdim edəcək. Bu barədə Sammobile saytı xəbər verib. Məlumata əsasən söhbət, Galaxy Z Fold Lite, Galaxy Z Fold SGalaxy Z Fold 3 modellərindən gedir.
        Galaxy Z Fold Lite barəsində məlumatlar daha öncə ortaya çıxmışdı. Məlumata əsasən bu, orta səviyyəli prosessora sahib olacaq smartfondur və o, 1000$-dan aşağı qiymətə satılacaq. Yeni məlumat sızıntısına əsasən isə Galaxy Z Fold Lite modelinin ekranı plastik material ilə əhatə olunacaq. Galaxy Z Fold 3-ə gəldikdə isə o, ultranazik ekran və stilus dəstəyini əldə edəcək. Bu cür smartfonun qiyməti heç də aşağı olmayacaq. Galaxy Z Fold S-in həm xarici həm də daxili istiqamətə qatlanacağı güman edilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər