
Samsung Smart Monitor M80D adlı yeni monitor təqdim edilib
Cihazlar+
09.01.2024
Emil
Samsung şirkəti CES 2024 sərgisi çərçivəsində Smart Monitor M80D adlı yeni monitorunu təqdim edib. Bu yeni monitor 4K keyfiyyətli 32 düym LCD ekranla təchiz olunub və ekran HDR10+ standartını dəstəkləyir. Monitor həmçinin özündə Samsung SlimFit adlı veb kameranı və ikili səsgücləndiriciləri birləşdirir. Samsung Smart Monitor M80D TizenOS əməliyyat sistemi vasitəsilə çalışır. Monitor Xbox Game Pass, NVIDIA GeForce Now, Amazon Luna kimi cloud gaming servislərinin tətbiqlərinə sahibdir. O həmçinin Microsoft 365 servislərini, Samsung DeX platformasını dəstəkləyir və üstəlik Samsung ekosisteminin digər cihazları ilə qarşılıqlı əlaqədə ola bilir. Samsung bu yeni monitorunun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində bir məlumat verməyib. Güman etmək olar ki, Samsung Smart Monitor M80D-nin satışlarına bu il ərzində start veriləcək.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
