main-post-cover

    Samsung smartfonları Google-dan daha çox asılı olacaqlar

    Cihazlar+
    30.07.2020
    Emil Nəcəfov
        Android əməliyyat sisteminin əsas üstünlüklərindən biri onun open source olmasıdır. Buna görə də hər bir smartfon istehsalçısı öz cihazlarında istifadəçilər üçün unikal təcrübə təqdim edə bilir. Məsələn Samsung şirkəti özünün servis və tətbiqlərini inkişaf etdirir. Lakin yaxın zamanda bu məsələdə vəziyyət dəyişə bilər. Bu barədə XDA-Developers saytı xəbər verib.
        Belə ki, məlumata əsasən Google şirkəti öz servislərini Samsung smartfonlarında inkişaf etdirmək üçün şirkətlə danışıqlar aparır. Google Search, Google Assistant Google Play servislərinin Samsung smartfonları ilə planşetlərində hətta Bixby səsli köməkçisindən və Galaxy Store-dan daha sıx inteqrasiya ediləcəkləri gözlənilir.
        Gələcəkdə bu məsələ həmçinin brauzeri və səhhətin monitorinqi üçün nəzərdə tutulmuş tətbiqləri də əhatə edə bilər. Məlumata əsasən Google şirkəti öz servislərinin sözügedən istehsalçının məhsullarında inkişaf etdirilməsi üçün ona vəsait ödəyəcək. Lakin müqavilənin Google şirkətinə hansı qiymətə başa gələcəyi bilinmir. 
    Linki kopyala