Samsung smartfonlarına OneUI 2.5 yenilənməsi ilə Xiaomi kimi reklamlar gəlir?

Samsung smartfonlarına OneUI 2.5 yenilənməsi ilə Xiaomi kimi reklamlar gəlir?

Mobil Cihazlar
09.06.2020 PAYLAŞIM

        Çinli smartfon istehsalçıları qiymətləri daha əlçatan etmək üçün smartfonlarında istifadə etdikləri interfeyslərdə reklamlar göstərə bilirlər. Məsələn Xiaomi bu reklam məsələləri ilə bağlı ən bilinən şirkətdir. İndi isə sızan xəbərlərə görə Samsung smartfonlarına gətirəcəyi One UI 2.5 yenilənməsi ilə istifadəçilərə reklamlar göstərməyi planlayır.

One UI 2.5 yenilənməsi Avqust ayında təqdim olunacaq və sızan xəbərlərə görə artıq istifadəçilərə reklamlar göstəriləcək.


        Təxminlərə görə yeni interfeys yenilənməsi 5 avqustda təqdim olunacaq. Bu təqdimatda Galaxy Fold 2Note 20 modellərinin də təqdim olunması gözlənilir. Sızan məlumatlara görə reklamlar smartfonların kilid ekranlarında və ya bəzi tətbiqlərə giriş zamanı göstəriləcək. Lakin bu reklamlar Galaxy S Note kimi premium seqment cihazlara aid olmayacaq. Reklamlar sadəcə Galaxy M Galaxy A seriyalı smartfonlarda göstəriləcək.

        Digər pis xəbər isə reklamların 15 saniyə olmasıdır. İstifadəçilər 15 saniyəlik reklam bitənə qədər kilid ekranını aça bilməyəcək və ya tətbiqə giriş edə bilməyəcəklər. Yuxarıda verilmiş şəkildə göründüyü kimi Samsung-un Hava tətbiqində reklam göstərilib və bu bütün Samsung tətbiqlərinə aid olacaq. Qeyd edək ki, reklamlar hər nə qədər smartfonun satış qiymətinin daha az olmasına yardım etsə də istifadəçilər tərəfindən sevilmir. Xiaomi şirkəti də bunun üzərinə keçən il verdiyi qərarla MIUI 12 interfeysində bəzi bölgələrdə reklamı ləğv edəcəyini, bəzi bölgələrdə isə kəskin dərəcədə azaldacağını bildirmişdi. Elə bu səbəbdən 2020-də çıxan Xiaomi smartfonları bir qədər baha oldu.

        Technote olaraq bunun həqiqətən reallaşdırılacağını düşünmürük. Çünki əks halda orta və giriş seqment smartfonlarda Samsung ciddi dərəcədə istifadəçi kütləsi itirə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fərdi Google prosessoruna sahib Pixel 6 və Pixel 6 Pro smartfonları təqdim olunu..

Google şirkəti rəsmi şəkildə Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edib.


OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi yaxın aylarda ilk smartfonunu t..

Ortaya çıxmış yeni məlumatlara əsasən OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı y..


Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək..

Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq ni..


Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunu..

OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OneP..


Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təq..


iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunu..

×