main-post-cover

    Samsung təmsilçisi Galaxy S22-nin təqdimat vaxtını və Galaxy Note seriyasının sonunu təsdiqləyib

    Cihazlar+
    23.01.2022
    Farid Pardashunas
        Samsung şirkətinin mobil şöbəsinin rəhbəri TM Roh şirkətin rəsmi saytının bloqunda böyük həcmli yazı yazıb və həmin yazıda o, Samsung-un gələcək smartfonları barəsində məlumat verib. Həmin smartfonlar arasında Galaxy S22 də mövcuddur. Beləliklə TM Roh təsdiqləyib ki, Samsung-un növbəti böyük təqdimat tədbiri fevral ayında baş tutacaq. O, təqdimat tədbirində hansı cihazların təqdim olunacaqları barsində məlumat verməsə də heç şübhə yoxdur ki, söhbət, Galaxy S22 smartfon seriyasından gedir. Bəzi məlumatlara əsasən sözügedən smartfonlar 8 fevral tarixində təqdim olunacaqlar. Bundan əlavə olaraq gələn ay baş tutacaq Galaxy Unpacked 2022 tədbirinin tizer videosu da təqdim edilib.
        Təqdim edilmiş videoda 2 smartfon modelinin siluetləri əks olunublar. Siluetlərdən biri isə Galaxy S22 Ultra-nı xatırladır. Bununla yanaşı TM Roh öz yazısında Galaxy Note seriyasının ləğv edilməsi mövzusuna da toxunub. Şirkət Galaxy Note seriyasının Galaxy S seriyası çərçivəsində davam edəcəyinə işarə edib. Bu həqiqətən də belədir. Belə ki, Galaxy S22 Ultra modeli düzbucaqlı dizaynı ilə digər modellərdən fərqlənəcək. Bununla belə sözügedən model S Pen stilusuna sahib olacaq. Keçən ilki Galaxy S21 Ultra modelində S Pen stilusu əlavə aksesuar kimi çıxış edirdi və istifadəçi onu ayrıca almalı idi. Həmçinin Galaxy S21 Ultra modelinin gövdəsində S Pen üçün xüsusi yerləşmə yeri mövcud deyil idi. Lakin Galaxy S22 Ultra modelində hər şey əksinə olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər