
Samsung-un 1 düym-lük kamera sensorunu ilk dəfə hansı smartfona quraşdıracağı məlum olub
Cihazlar+
01.08.2023
Emil
Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən Samsung şirkəti öz smartfonlarına 1 düym ölçülü kamera sensorlarını quraşdırmağa tələsmir. “Samsung 1 düym ölçülü əsas kamera sensorunu Galaxy S26 Ultra-ya quraşdırmağı planlaşdırır” - deyə insayder qeyd edib. Bununla yanaşı insayder bildirib ki, o, yaxın zamanda Galaxy S24 Ultra-nın kameraları barəsində məlumatları əldə edəcək. Artıq indidən məlumdur ki, Samsung Galaxy S24 smartfonlarında ekran ətrafı çərçivələri kiçiltmə yolu ilə gedəcək. Məlumata əsasən Samsung şirkət daxilində xüsusi şöbə formalaşdırıb və həmin şöbə analoqu olmayan yeni texnologiyalar ilə məhsulların hazırlanması üçün nəzərdə tutulub.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
