
Samsung-un bəzi yeni qatlana bilən smartfonları Snapdragon 9 Elite prosessorunun yeni versiyasını əldə edəcəklər
Cihazlar+
21.01.2025
Emil
Keçən il ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti 2025-ci ildə 4 ədəd yeni qatlana bilən smartfon təqdim edəcək. Ortaya çıxmış yeni məlumata əsasən isə təqdim olunacaq yeni qatlana bilən smartfonlardan bəziləri Snapdragon 8 Elite prosessorunun yeni versiyasını əldə edəcəklər. Snapdragon 8 Elite prosessorunun yeni versiyası heç bir anons edilmədən Qualcomm şirkətinin saytına əlavə edilib. Onun model nömrəsi SM8750-3-AB-dir. Bəzi məlumatlara əsasən prosessorun bu versiyası qatlana bilən və nazik gövdəli smartfonlar üçün nəzərdə tutulub. Lakin Snapdragon 8 Elite prosessorunun əsas versiyası ilə bu yeni versiyanın arasındakı fərq nədir?
Məlumatda qeyd edilib ki, Snapdragon 8 Elite prosessorunun əsas versiyası 8 nüvəli olduğu halda yeni versiya 7 nüvəlidir. Belə ki, onun tərkibindəki yüksək performans nüvələrindən biri deaktiv edilib. Nüvələrdən 2-si 4.32 GHz tezlikdə, 5-i isə 3.53 GHz tezlikdə çalışır. Bununla belə əsas Snapdragon 8 Elite versiyası kimi 7 nüvəli bu versiya da TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb. Prosessorun yeni versiyasında yüksək performanslı nüvələrdən birinin deaktiv edilməsi öz növbəsində onun yüksək temperatura kimi qızmasına imkan vermir. Heç istisna deyil ki, artıq sabah təqdim olunacaq Galaxy S25 seriyasına daxil olacaq Galaxy S25 Slim modeli də Snapdragon 8 Elite prosessorunun məhz bu yeni versiyasını əldə etsin.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
