
Samsung-un büdcəli qatlana bilən smartfonunun mümkün satış qiyməti açıqlanıb
Cihazlar+
13.11.2023
Emil
Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti orta büdcəli qatlana bilən smartfon üzərində çalışır. İndi isə insayderlər Samsung-un orta büdcəli qatlana bilən smartfonu barəsində yeni məlumatlar veriblər. İnsayderlərin sözlərinə əsasən şirkət öz orta büdcəli qatlana bilən smartfonunu 400-500$ qiymətində satmağı planlaşdırır. Əgər nəticə etibarilə bu məlumat doğru olsa, deməli sözügedən smartfon bazarda satılacaq ən ucuz qatlana bilən smartfon olacaq.
Qeyd etmək lazımdır ki, hal hazırda ən ucuz satış qiymətinə sahib qatlana bilən smartfon Motorola RAZR 40-dır. Bəzi regionlarda sözügedən smartfonu 500-700$-a almaq olar. Təəssüflər olsun ki, Samsung-un orta büdcəli qatlana bilən smartfonunun texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, smartfon Galaxy FE seriyasına daxil olacaq və 2024-cü ildə təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
