Logo
    main-post-cover

    Samsung-un gələcək smartfonları peyk şəbəkəsi dəstəyinə sahib olacaqlar

    Cihazlar+
    24.02.2023
    Emil
        Galaxy S23 smartfon seriyası təqdm edilməmişdən öncə gözlənilirdi ki, Samsung öz smartfonlarına peyk şəbəkəsi funksiyasının inteqrasiyasına məhz Galaxy S23 smartfonlarından başlayacaq. Lakin nəticədə bu, baş vermədi. İndi isə şirkət 5G Non-Terrestrial Networks (NTN) adlı texnologiya üzərində çalışdığını elan edib. Sözügedən texnologiya şirkətin gələcək smartfonlarını peyk şəbəkəsi ilə təmin edəcək. Samsung tərəfindən verilmiş məlumata əsasən NTN texnologiyası Exynos 5300 adlı modemə inteqrasiya ediləcək.
        Sözügedən modem tezliklərin dəyişməsini proqnozlaşdıra və onları minimuma endirə bilir. Bunu nəzərə almaqla belə qənaətə gəlmək olar ki, peyk şəbəkəsinə qoşulma sürəti mətn formatında mesajların və yüksək keyfiyyətli foto ilə videoların göndərilməsini mümkün edəcək. NTN yerüstü şəbəkə əlaqələrinin olmadığı regionlarda şəbəkə əlaqəsinin təmin edilməsi üçün peyklərdən və digər vasitələrdən istifadə edən bir texnologiyadır. Samsung öz növbəsində 5G NTN texnologiyasının inkişafında və onun gələcək Exynos prosessorlarına inteqrasiyasında maraqlıdır. Hal hazırda bu texnologiya test mərhələsindədir. Onun nə zaman istifadəyə veriləcəyi və ilk öncə hansı smartfonlarda reallaşdırılacağı barəsində məlumatlar daha sonra təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər