main-post-cover

    Samsung-un gələn ilki smartfonları peyk rabitəsi dəstəyini əldə edəcəklər

    Cihazlar+
    27.10.2023
    Emil Nəcəfov
         Hələ keçən il dəfələrlə məlumat ortaya çıxmışdı ki, Galaxy S23 smartfonları peyk rabitəsi dəstəyinə sahib olacaqlar. Lakin nəticədə bu məlumat özünü doğrultmadı. İndi isə şirkətin Samsung System LSI şöbəsinin direktoru Park Yong-in bildirib ki, Samsung-un gələn ilki smartfonları peyk rabitəsi dəstəyini əldə edəcəklər. Konkret olaraq Galaxy S24 smartfonlarının adları çəkilməsə də, məntiqlə sözügedən texnologiyanın dəstəyini gələn il ilk flaqman smartfon seriyasına inteqrasiya etməyə başlamaq daha məntiqli səslənir.
         Qeyd etmək lazımdır ki, Samsung üçün bu texnologiya yeni olsa da, digər şirkətlər artıq müəyyən müddətdir ki, onu öz cihazlarına inteqrasiya ediblər. Məsələn Apple şirkəti peyk rabitəsi dəstəyini öz smartfonlarına iPhone 14 modellərindən başlayaraq inteqrasiya etməyə başladı. Sentyabr ayında təqdim olunmuş iPhone 15 smartfonlarında da bu texnologiyanın dəstəyi mövcuddur. Huawei şirkəti də bu texnologiyadan istifadə edir və hətta daha da irəli gedib. Belə ki, şirkətin yeni smartfonlarında peyk rabitəsi vasitəsilə mətnli mesajlar göndərməklə yanaşı audio zənglər də reallaşdırmaq mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 Ultra-da olacağı gözlənilən yeni kamera funksiyasını sərgiləyib (VİDEO)
    samsung-galaxy-s24-ultra-da-olacagi-gozlenilen-yeni-kamera-funksiyasini-sergileyib-video
    Samsung smart saatları üçün nəzərdə tutulmuş yeni flaqman prosessor üzərində çalışır
    samsung-smart-saatlari-ucun-nezerde-tutulmus-yeni-flaqman-prosessor-uzerinde-calisir
    Samsung Galaxy A15-in 5G versiyası barəsində yeni məlumatlar verilib
    samsung-galaxy-a15-in-5g-versiyasi-baresinde-yeni-melumatlar-verilib
    Büdcəli Samsung Galaxy A15 smartfonu iki versiyada satılacaq
    budceli-samsung-galaxy-a15-smartfonu-iki-versiyada-satilacaq
    Samsung Galaxy S24 Geekbench testlərindən keçib
    samsung-galaxy-s24-geekbench-testlerinden-kecib