
Samsung-un genişləndirilmiş reallıq cihazının hansı ekranları əldə edəcəyi açıqlanıb
Cihazlar+
18.03.2024
Emil
Omdia tədqiqat şirkəti Samsung-un hazırladığı genişləndirilmiş reallıq (XR / Extended Reality) cihazı barəsində məlumatlar verib. Beləliklə verilmiş məlumata əsasən Samsung XR cihazında özünün istehsalı olan ekranlar əvəzinə Sony istehsalı olan micro-OLED ekranlardan istifadə edəcək. Məlumatda qeyd edilib ki, Samsung-un XR cihazı üçün nəzərdə tutulacaq Sony micro-OLED ekranların ölçüləri 1.3 düym təşkil edəcək.
Samsung öz XR cihazında Sony istehsalı olan micro-OLED ekranlardan istifadə qərarını keçən ilin sonunda verib. Belə ki, Samsung aparmış olduğu əlavə tədqiqatlardan sonra başa düşüb ki, Sony-nin micro-OLED ekranları şirkət cihazlarının keyfiyyətlərini yüksəldəcək imkanlara sahibdirlər. Məlumdur ki, Samsung ilk növbədə özünün XR cihazında Samsung Display şöbəsinin ekran həllindən istifadə etməyi planlaşdırırdı. Gözləntilərə əsasən Samsung XR cihazını bu il təqdim edəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
