Logo
    main-post-cover

    Samsung-un növbəti nəsil qatlana bilən smartfonları tozdan qorunmaya sahib ola bilərlər

    Cihazlar+
    28.07.2023
    Emil
        Samsung şirkətinin Galaxy Z Fold Z Flip smartfonları sudan qorunma özəlliyinə sahibdirlər. Yenicə təqdim edilmiş Galaxy Z Fold 5 ilə Z Flip 5 modelləri istisna deyillər. Sudan qorunma özəlliyi isə qatlana bilən smartfonlar arasında nadir rast gəlinən bir özəllikdir. Bununla belə Samsung-un növbəti nəsil qatlana bilən smartfonları üstəlik tozdan qorunma özəlliyini də əldə edə bilərlər. Samsung-un mobil şöbəsinin rəhbəri bildirib ki, şirkət hal hazırda öz qatlana bilən smartfonlarında tozdan qorunma özəlliyinin reallaşdırılması üzərində çalışır.
        Gələn il təqdim olunacaq Galaxy Z Fold 6 ilə Z Flip 6-nın bu cür özəlliyə sahib olacaqları istisna deyil. Qatlana bilən smartrfonlarda konstruksiya daxilində hərəkətdə olan daha çox elementin olması səbəbilə bu cür smartfonlarda tozdan qorunma özəliyinin reallaşdırılması qat-qat çətinləşir. Təbii ki, bu özəlliyin dəqiq şəkildə gələn ilki qatlana bilən smartfonlarda reallaşdırılacağı bilinmir. Lakin buna baxmayaraq şirkətin hələ 1 il vaxtı var.
    Paylaş
    Bənzər xəbərlər