
Samsung-un öz qarışıq reallıq (AR + VR) cihazını nə zaman təqdim edəcəyi məlum olub
Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Apple Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının rəqibi üzərində çalışır və onu 2024-cü ildə təqdim edəcək. Koreyanın kütləvi informasiya vasitələrinin vermiş olduqları yeni məlumata əsasən Samsung şirkəti öz MR cihazının təqdimatını 2024-cü ilin sonundan birinci yarısına keçirib. Lakin bununla belə Samsung-un MR cihazının dəqiq şəkildə nə zaman təqdim olunacağı hələ bilinmir. Bununla yanaşı məlumatda qeyd edilib ki, Samsung-un MR cihazı üzərində 3 şirkət çalışır. Qualcomm cihazın prosessorundan, Google əməliyyat sistemindən, Samsung isə yerdə qalan digər bütün öhdəliklərdən cavabdehdir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar