main-post-cover

    Samsung-un Snapdragon X Elite prosessorlu noutbukunun qiyməti açıqlanıb

    Cihazlar+
    12.03.2024
    Emil Nəcəfov
         Qualcomm şirkəti Snapdragon X Elite adlı desktop prosessorunu keçən il təqdim etsə də, hələ onun vasitəsilə çalışan heç bir noutbuk təqdim edilməyib. Gözləntilərə əsasən sözügedən prosessoru öz noutbukunda istifadə edəcək şirkətlərdən biri də Samsung olacaq. İndi isə Roland Quandt adlı məşhur insayder Samsung-un Snapdragon X Elite prosessorlu təqdim edilməmiş noutbukunun gözlənilən satış qiyməti barəsində məlumat verib.
         Nəzərə alsaq ki, Snapdragon X Elite prosessoru öz performansı baxımından Apple M3 ilə rəqabət aparmağa hədəflənib, ona sahib olacaq noutbukun qiyməti də aşağı olmayacaq. İnsayderin sözlərinə əsasən Samsung şirkəti Qualcomm-un desktop prosessorunu Galaxy Book 4 Edge noutbukuna quraşdıracaq. Sözügedən noutbukun yaxın aylar ərzində təqdim olunacağı gözlənilir. Galaxy Book 4 Edge noutbukunun Snapdragon X Elite ilə yanaşı özündə 14 düym ölçülü ekranı, 16 GB RAM-ı və 512 GB SSD-ni birləşdirəcəyi gözlənilir. Roland Quandt bildirib ki, bu cür noutbukun qiyməti 1800 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei yaxın zamanda Samsung-u qatlana bilən smartfonlar bazarında geridə qoya bilər
    huawei-yaxin-zamanda-samsung-u-qatlana-bilen-smartfonlar-bazarinda-geride-qoya-bile
    Süni zəka funksiyalarından təşkil edilmiş Galaxy AI paketindən aylıq istifadə haqqının nə qədər olacağı məlum olub
    suni-ze
    Samsung dwzbucaq dizaynlı yeni Galaxy Watch üzərində çalışır
    samsung-dwzbucaq-dizaynli-yeni-galaxy-watch-uzerinde-calisir
    Samsung Galaxy A55 5G təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-a55-5g-teqdim-olunub-qiymeti
    Samsung Galaxy A35 5G təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-a35-5g-teqdim-olunub-qiymeti