Logo
    main-post-cover

    Samsung və Intel-dən yeni OLED texnologiyası

    Cihazlar+
    07.01.2026
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Samsung DisplayIntel noutbuklar üçün yeni SmartPower HDR adlı OLED texnologiyasını təqdim ediblər. Bu texnologiya HDR (High Dynamic Range) məzmun izləyərkən batareya sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir.
    Samsung & Intel Reduce OLED Panel Power Consumption by Up To 22% With  SmartPower HDR Tech
        SmartPower HDR-in əsas ideyası ekranın hər an eyni maksimal parlaqlıqda işləməsinin qarşısını almaqdır. Texnologiya real vaxtda hər bir kadrın pik parlaqlığını analiz edir. Daha sonra OLED panelin “timing controller” çipi aktiv piksellərin nisbətini də nəzərə alaraq ekran üçün optimal gərginliyi müəyyən edir. Samsung Display-in açıqlamasına görə, gündəlik istifadə zamanı ekran aşağı gərginlikdə çalışır. Oyun və ya video kimi yüksək keyfiyyətli HDR məzmun zamanı isə parlaqlıq və gərginlik avtomatik artırılır. Ən böyük fərq isə ondadır ki, klassik HDR rejimlərindən fərqli olaraq SmartPower HDR daim maksimum parlaqlığa “kilidlənmir”.
        Şirkətin verdiyi rəqəmlərə əsasən:
    • Gündəlik istifadə zamanı OLED piksel emissiyası ilə bağlı enerji sərfiyyatı 22 %-ə qədər azalır
    • HDR məzmun izləyərkən isə enerji sərfiyyatında 17 %-ə qədər qənaət əldə olunur
    • Adi istifadə ssenarilərində enerji sərfiyyatı demək olar ki, SDR (Standard Dynamic Range) səviyyəsinə bərabər olur
        Bu yanaşma HDR-in daha geniş yayılmasına kömək edə bilər. Çünki hazırda bir çox noutbuk batareya itkisinə görə HDR rejimini avtomatik deaktiv edir. Hələlik SmartPower HDR texnologiyasının hansı konkret noutbuk modellərində yer alacağı açıqlanmayıb.
    Paylaş