main-post-cover

    Samsung ViewFinity S6 S65TC monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.12.2023
    Emil Nəcəfov
         Samsung şirkəti özünün ViewFinity adlı monitor seriyasının yeni modelini anons edib. Sözügedən seriyanın yeni monitoru Samsung ViewFinity S6 S65TC adını əldə edib. Beləliklə sözügedən monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym əyilmiş VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir. Ekran sRGB rəng diapazonunun 115%-ni əhatə edir və üstəlik HDR10 ilə AMD FreeSync dəstəyinə sahibdir.
         Samsung ViewFinity S6 S65TC-nin əsas üstünlüklərindən biri də odur ki, o özündə Thunderbolt 4 dəstəkli iki ədəd USB-C girişini birləşdirir. USB-C girişlərindən biri vasitəsilə digər cihazları şarj etmək olar və bu istiqamətdə o, 90 vatt çıxış gücünə sahibdir. Bundan əlavə olaraq monitor HDMI 2.0, DisplayPort 1.2, USB-A 3.0, USB-B, LAN girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Samsung ViewFinity S6 S65TC yaxın günlərdə Cənubi Koreyada 690$-a satışa çıxacaq. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 smartfonlarının ilk rəsmi render fotoları təqdim edilib
    samsung-galaxy-s24-smartfonlarinin-ilk-resmi-render-fotolari-teqdim-edilib
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy A52 5G üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-samsung-galaxy-a52-5g-ucun-istifadeye-verilib
    Samsung Galaxy S25 və S25+ smartfonları daha köhnə kamera sensorunu əldə edə bilərlər
    samsung-galaxy-s25-ve-s25-smartfonlari-daha-kohne-kamera-sensorunu-elde-ede-bilerler
    Samsung Galaxy A55 smartfonu Geekbench testlərindən keçib
    samsung-galaxy-a55-smartfonu-geekbench-testlerinden-kecib
    Samsung-un öz qarışıq reallıq (AR + VR) cihazını nə zaman təqdim edəcəyi məlum olub
    samsung-un-oz-qarisiq-realliq-ar-vr-cihazini-ne-zaman-teqdim-edeceyi-melum-olub