main-post-cover

    Samsung yeni Galaxy Fold modelinin təqdimatını təsdiqlədi (VİDEO)

    Cihazlar+
    20.07.2020
    Farid Pardashunas
        Son bir neçə gün ərzində insayderlər gələn ay baş tutacaq Galaxy Unpacked 2020 tədbirində yeni qatlana bilən Galaxy Fold modelinin təqdim olunub-olunmayacağı barəsində fikir ayrılıqlarına sahib olublar. İndi isə Samsung şirkəti bu barədə rəsmi məlumat verib. Belə ki, şirkətin Twitter hesabında yeni qatlana bilən smartfonun təqdimatını təsdiqləyən tizer videosu təqdim edilib. Bu barədə Sammobile saytı xəbər verib.
        Təqdim olunmuş videoda damcıdan yaranmış kəpənək əks olunub. Sözügedən animasiya videosunun başlığında 5 avqust tarixi qeyd olunub. Qeyd etmək lazımdır ki, birinci Galaxy Fold-un promosunda da kəpənək əks olunmuşdu. Bu isə o deməkdir ki, şirkətin təqdim etdiyi video məhz Galaxy Fold seriyasının yeni modelinə aiddir. Əvvəlki məlumat sızıntılarına əsasən yeni Galaxy Fold modelinin birinci versiyadan əsas fərqi xarici ekranın ölçüsündə olacaq.
    Samsung Galaxy Z Fold 2
        Məlumata əsasən smartfonun xarici ekranı 6.23 düym olacaq. Smartfonun əsas ekranının ölçüsü də böyüdülməlidir. Bundan əlavə olaraq əsas ekran 120 Hz tezlikli təsvir yenilənməsinə sahib olmalıdır. Gözləntilərə əsasən Galaxy Fold 2 modeli Snapdragon 865+ prosessoru, 256/512 GB daxili yaddaş həcmi və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4365 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy Unpacked 2020 tədbiri 5 avqust tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər