Logo
    main-post-cover

    Samsung yeni Music Studio dinamiklərini təqdim etdi

    Cihazlar+
    29.12.2025
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Samsung audio məhsulları xəttini iki yeni Wi-Fi dinamik və süni intellektlə gücləndirilmiş soundbar modelləri ilə genişləndirir. Yeni Music Studio 5Music Studio 7 dinamikləri minimalist dizaynı ilə interyerə uyğunlaşmağı hədəfləyir, yenilənmiş HW-Q990H flaqman soundbarı və daha əlçatan HW-QS90H isə daha praktik həll axtaranlara yönəlib.
        Music Studio 5 modeli yeni AI Dynamic Bass Control texnologiyası basları təhrif olmadan optimallaşdırır. “Qalereya tərzli” dizayna malik bu dinamik səsli idarəetmə, Bluetooth, Wi-Fi üzərindən yayım və striminq xidmətlərini dəstəkləyir. Daha yüksək səviyyəli Music Studio 7 isə 3.1.1 kanallı məkan səsi təqdim edir. Üst, ön, sol və sağ istiqamətli dinamiklər hesabına daha immersiv 3D audio əldə olunur. Səs Samsung Audio Lab Pattern Control Technology ilə kalibrlənir, AI Dynamic Bass Control burada da mövcuddur. Şirkət bildirir ki, bu model 24-bit/96 kHz-ə qədər Hi-Res Audio dəstəyi verir və təkbaşına və ya digər Samsung audio cihazları ilə birlikdə istifadə oluna bilər.
        Samsung həmçinin HW-QS90H adlı All-in-One Soundbar modelini təqdim edib. 7.1.2 kanallı sistem 13 drayverlə (onlardan 9-u genişzolaqlıdır) təchiz edilib. Daxili Quad Bass Woofer sayəsində ayrıca sabvuferə ehtiyac qalmır. Convertible Fit dizaynı onu həm divara montaj, həm də masa üzərində istifadə üçün uyğun edir. Daxili giroskop isə yerləşməyə görə kanalların paylanmasını avtomatik tənzimləyir. Bununla yanaşı, flaqman HW-Q990H soundbarı Sound Elevation (dialoqların daha təbii səslənməsi) və Auto Volume (kanallar üzrə stabil səs səviyyəsi) funksiyaları ilə yenilənib. Samsung-un yeni audio məhsulları CES 2026 sərgisində nümayiş olunacaq.
    Paylaş