Samsung yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib - QİYMƏTİ

Samsung yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
04.06.2021 PAYLAŞIM

    Samsung şirkəti yeni orta büdcəli Galaxy A22 A22 5G smartfonlarını təqdim edib. 5G modeldən fərqli olaraq adi Galaxy S22 modeli LTE şəbəkələrdə çalışmaq üçün nəzərdə tutulub. Galaxy A22 modeli balanslaşdırılmış texniki özəlliklər, sürətli şarj texnologiyası, kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul və təsvirin optik stabilizasiyası funksiyasına sahib təkmilləşdirilmiş kameralar əldə edib. Beləliklə adi Galaxy A22 modeli HD+ keyfiyyətli 6.4 düym Super AMOLED ekran əldə edib. Ekran 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Onun yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib.


    Barmaq izi skanı texnologiyası smartfonun kənarında yerləşir. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon MediaTek Helio G80 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 48 MP (f/1.8 diafraqma, OIS) + 8 MP (f/2.2 diafraqma) + 2 MP (f/2.4 diafraqma) + 2 MP (f/2.4 diafraqma) dördlü arxa kamera, 13 MP-lik (f/2.2 diafraqma) ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy A22-nin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumat daha sonra veriləcək.

    Galaxy A22 5G modelinə gəldikdə isə o, xarici görünüşcə adi Galaxy A22-dən heç də fərqlənmir. Əsas fərqlilik texniki özəlliklər ilə bağlıdır. Beləliklə Galaxy A22 5G modeli Full HD+ keyfiyyətli 6.6 düym IPS ekran əldə edib. Onun ekranı da 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Adi Galaxy A22-də olduğu kimi 5G modelin ekranı üzərində də damcı formalı çıxıntı hissə mövcuddur. Barmaq izi skanı texnologiyası smartfonun kənarında yerləşir.

    Əsas texniki özəlliklərə gəldikdə isə smartfon MediaTek Dimensity 700 prosessoru, Mali-G57 MC2 qrafik çipi, 4/6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 48 MP (f/1.8 diafraqma) + 5 MP (f/2.2 diafraqma) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 8 MP-lik (f/2.0 diafraqma) ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy A22 5G modeli gələn ayın əvvəlində satışa çıxacaq. 4 GB RAM-a və 64 GB yaddaşa sahib model 229 avroya, 4 GB RAM-a və 128 GB yaddaşa sahib model isə 249 avroya satılacaq. Smartfonun digər RAM və yaddaş göstəricilərinə sahib modellərinin qiymətləri barəsində məlumat daha sonra veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P50 və P50 Pro təqdim olunub - QİYMƏTİ

Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqm..


Yeni POCO X3 GT smartfonu təqdim olunub - QİYMƏTİ

POCO brendi özünün yeni POCO X3 GT adlı smartfonunu təqdim edib.


Məşhur insayder Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları ver..

Redmi K50 smartfon seriyasının təqdimatına hələ aylarla zaman olmasına baxmayaraq internetdə onun ba..


HMD Global yüksək dözümlülüyə sahib Nokia XR20 smartfonunu təqdim edib - QİYMƏTİ..

HMD Global şirkəti yüksək dözümlülüyə sahib Nokia XR20 smartfon modelini təqdim edib.


Qatlana bilən Galaxy Z Flip 3 smartfonunun press render fotoları təqdim olunub..

Nüfuzlu insayder Roland Quandt təqdimata hazırlaşan Galaxy Z Flip 3 qatlana bilən smartfonunun press..


iPhone 13 bir qədər daha tez şarj oluna biləcək

Verilmiş yeni məlumata əsasən bu il təqdim olunacaq iPhone modelləri aktual olan iPhone-lardan fərql..

×