Samsung yeni orta büdcəli smartfonu Galaxy F23 5G-ni təqdim edib - QİYMƏTİ

Samsung yeni orta büdcəli smartfonu Galaxy F23 5G-ni təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
09.03.2022 PAYLAŞIM

    Samsung şirkəti yeni orta büdcəli smartfon modelini təqdim edib. Söhbət, Galaxy F23 5G-dən gedir. Snapdragon prosessoru ilə yanaşı sözügedən smartfon yüksək həcmli batareya, geniş kamera sistemi və balanslaşdırılmış yaddaş konfiqurasiyasını əldə edib. Bundan əlavə olaraq sözügedən smartfon müxtəlif regionlarda stabil internet bağlantısını təmin edərək həm 4G həm də 5G şəbəkəsində çalışa bilir. Galaxy F23 5G modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2408x1080 piksel keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib.


    Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 750G prosessoru, 4/6 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 8 MP (123 dərəcə əhatə bucağı) + 2 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon özündə həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutuluş NFC çipini və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. O, OneUI 4.1 interfeysli Android 12 vasitəsilə çalışır. Galaxy F23 5G-nin satışlarına Hindistanda 16 mart tarixində start veriləcək. 4 GB RAM-a sahib model 227$-a, 6 GB RAM-a sahib model isə 240$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×