main-post-cover

    Samsung yeni videosunda ekranın alt hissəsinə yerləşdirilmiş ön kameralı smartfonu sərgiləyib (VİDEO)

    Cihazlar+
    13.01.2021
    Emil Nəcəfov
        Samsung-un son smartfon modellərinin dizayn üzrə əsas fərqləndirici özəllikləri ondan ibarətdir ki, onların ekranlarının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilir. Lakin nə vaxtsa həmin ön kamera istifadəçi gözü ilə görünməməlidir. Heç gözlənilmədən məhz bu cür özəlliyə sahib smartfon modeli Samsung-un yeni videosunda əks olunub. Bu barədə 4pda saytı xəbər verib. Samsung-un CES 2021 sərgisi çərçivəsində təqdim etmiş olduğu videoda nazik çərçivələrə sahib smartfon əks olunub.
        Məsələ burasındadır ki, həmin smartfonun ekranında ön kamera üçün nəzərdə tutulmuş heç bir çıxıntı hissə yoxdur. Çox güman ki, ön kamera ekranın alt hissəsinə yerləşdirilib. Həmin smartfon videonun 2:23 dəqiqəsində əks olunub. Videoda əks olunmuş smartfon dizaynını və S Pen stilusu üçün olan girişi nəzərə alaraq güman etmək olar ki, o, Galaxy Note-dur. Samsung şirkətinin bu videoda hələ anons olunmamış smartfon modelini və ya sadəcə olaraq konseptual versiyanı sərgilədiyi bilinmir.
    Linki kopyala