
Samsung Galaxy S24 Ultra ilə S23 Ultra müqayisə edilib
Samsung Galaxy S24 smartfon seriyasının təqdimatı yaxın saatlarda baş tutacaq. Ice Universe ləqəbli məşhur insayder öz növbəsində Galaxy S23 Ultra ilə Galaxy S24 Ultra-nın müqayisə olunduğu fotoları təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, smartfonlar arasında fərqlilik demək olar yoxdur. Galaxy S24 Ultra modelini Galaxy S23 Ultra-dan yalnız bir faktor üzrə fərqləndirmək olar. Söhbət, Galaxy S24 Ultra-nın aşağı hissəsindən gedir. Belə ki, Galaxy S24 Ultra-nın S Pen stilus sahəsi yastıdır və səsgücləndirici sahəsi qırıq-qırıq xətlər dizaynına sahib deyil.



Paylaş