
Saxta iPhone alsam, nə baş verər?
Ucuz ətin şorbası olmaz amma bəzən ucuz ətin yaxşı görünüşü ola bilər. Elə bu məntiqlə şorbaya fikir verməyən insanlar bəzən bilərəkdən məşhur smartfonların çox ucuz saxta alternativlərini istifadə edirlər. Məsələn, elə götürək elan saytında qoyulan 3000 manat real qiyməti olub amma 300 manata satılan bu iPhone 13-ü. Heç də orijinalından görünüş baxımından fərqlənmir. Bəs görünüşə aldanıb, əldə etdiyiniz belə cihazlar hansı təhlükələri yarada bilər? Azercell-in təqdimatında Tech-Help-də saxta iPhone-ların xüsusiyyətləri və təhlükələrindən danışırıq.
İlk olaraq onu deyim ki, bundan əvvəlki buraxılışda da dediyimiz kimi bu tipli smartfonlara dubayski, dubay variantı demək yanlışdır. Çünki, belə cihazların əksəriyyətinin istehsal yeri saxta məhsulların vətəni olan Çin-dir. Mövzuya başlamadan həmin videonu izləməyi məsləhət görərdim. Bizim məsələyə gəlincə, 300 manata aldığımız iPhone bizə nələr vəd edir, gəlin birgə nəzər salaq.
Nömrə 1 - Əmin ola bilərsiniz ki, saxta iPhone-ların əməliyyat sistemi iOS deyil. Bu cihazlar iOS interfeysinə bənzəyən launçerlərdən istifadə edirlər. Cihazın daxili sistemi isə Andoridin hər hansı bir köhnə versiyası olur. Buna görə də belə cihazlar demək olar ki, yenilənmə almırlar.
Nömrə 2 - Saxta iPhone-lar orijinallarında olan heç bir texniki hissədən istifadə etmirlər. Bu cihazların texniki imkanları zəif andorid telefonların texniki imkanlarına bərabər olur. Nə kamera, nə prosessor nə də batareya o deyil. Hətta biraz sizi qorxudaraq deyə bilərəm ki, o batareyaların əldə partlama riski çox yüksək olur.
Nömrə 3 - Saxta iPhone-lar normal smartfonların SAR dəyərindən daha çox göstəiriciyə sahib olurlar. SAR dəyəri simsiz rabitə cihazlarının insan bədəninə hopturduğu radiasının miqdarına deyilir. Bu dəyər nə qədər yüksək olarsa, siz bir o qədər mobil cihaz tərəfindən şüalanmaya məruz qalırsınız. Saxta çin brendlərində isə bu dəyərlər yüksək olur və ümumiyyətlə labaratoriya şəraitində yoxlanılmır.
Nömrə 4 - Saxta cihazlarda məlumatlarınızın oğurlanma riski böyükdür. Çünki belə cihazlarda sizin məlumat təhlükəsizliyinizə görə heç bir rəsmi şirkət cavabdeh olmur. Saxta IMEI kodlar ilə IMEI kodu əvəzlənən bu cihazlar potensial kiber hücum hədəfidir. Odur ki, belə bir cihaz istifadə edirsinizsə, şəxsi məlumatlarınızı belə smartfonlarda saxlamamaq məsləhətdir.
Və ən əsası. Saxta iPhone-lara verilən pullar sadəcə onun görünüşünü əldə etmək üçündür. Belə cihazlar hər nə qədər iddialı olsalar da, dedikləri qədər performanslı olmurlar. Saxta cihazlara pul verib, görünüş əldə etməkdənsə, həmin pula, uyğun seqmentdən başqa bir orijinal android smartfon əldə etmək daha məntiqlidir. Bəs siz sadəcə görüntü üçün saxta iPhone-a pul verərdiniz? Fikirlərinizi rəy bölməsində bizimlə bölüşün. Daha çox texnoloji məlumat üçün isə bizim kanalı izləməyi unutmayın.
Paylaş
Bənzər xəbərlər