main-post-cover

    Saxta iPhone-lar ilə Apple-a 3 milyon dollar dəyərində zərər vuruldu!

    Cihazlar+
    21.02.2024
    Farid Pardashunas
         ABŞ-da yaşayan 2 Çin vətəndaşı Apple-a təmir üçün poçt vasitəsilə göndərdikləri saxta iPhone-lar sayəsində minlərlə orijinal iPhone-lar alaraq şirkətə milyonlarla zərər vurub.
         Bu iki şəxs, yəni Haotian Sun və Pengfei Xue Honq-Konqdan gətirdikləri saxta iPhone-ları müxtəlif saxtakarlıqlarla Apple-a göndərərək smartfonları orijinalları ilə əvəz etməyi bacarıb. Belə ki, onlar bu saxtakarlığı cihazların seriya nömrəsini dəyişərək həyata keçiriblər və indiyə qədər 5000-ə yaxın smartfonu təmirə göndərə biliblər. İkilinin bu prosesdə Apple-a 3 milyon dollara yaxın zərər vurduqları təxmin edilir.
         Fırıldaqçılar izlərini itirmək üçün onlara aid olmayan poçt ünvanlarından və saxta ünvanlardan istifadə ediblər. Bu proseslər isə, ABŞ qanunlarına görə cinayət kimi müəyyən edilir. İstintaqı aparan ABŞ vəkilinin köməkçisi Kondi J.Kleinman və məhkəmə prokuroru Ryan Dickey bu iki şəxsin törətdikləri cinayətləri və izlədikləri üsulu izah etdikdən sonra onlar üçün 20 il həbs cəzası istəyiblər
         Əvvəllər San Dieqoda Zhimin və Zhiting Lao adlı iki qardaş oxşar fırıldaqçılara görə 41 ay həbs cəzasına məhkum edilmişdilər. Məlum olub ki, Lao qardaşları artıq başqa ölkələrdə orijinal iPhone satışlarına başlayıblar
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 6-nın arxa kamera sahəsinin fotosu ortaya çıxıb
    iphone-6-nin-arxa-kamera-sahesinin-fotosu-ortaya-cixib
    Apple qatlana bilən iPhone-nun hazırlanma prosesində problemlərlə qarşılaşıb
    apple-qatlana-bilen-iphone-nun-hazirlanma-prosesinde-problemlerle-qarsilasib
    Növbəti iPhone SE-nin ekranı barəsində məlumat verilib
    novbeti-iphone-se-nin-ekrani-baresinde-melumat-verilib
    Apple bu il 5 ədəd yeni iPhone modeli təqdim edə bilər
    apple-bu-il-5-eded-yeni-iphone-modeli-teqdim-ede-biler
    iPhone 16 Pro Max smartfonu iPhone tarixinin ən böyük həcmli batareyasını əldə edə bilər
    iphone-16-pro-max-smartfonu-iphone-tarixinin-en-boyuk-hecmli-batareyasini-elde-ede-biler