Logo
    main-post-cover

    Şəffaf OLED ekranlı LG Signature OLED T televizoru satışa çıxıb - QİYMƏTİ

    Cihazlar+
    19.12.2024
    Emil
         LG şirkəti ABŞ bazarında Signature OLED T adlı yeni qeyri-adi televizorunu təqdim edib. Bu, dünyanın siqnal mənbəyinə naqilsiz şəkildə qoşula bilən ilk şəffaf OLED televizorudur. Beləliklə LG-nin bu yeni qeyri-adi televizoru 120 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 77 düym ölçülü OLED ekranla təchiz olunub. Ekran həm şəffaf rejimdə həm də qeyri-şəffaf rejimdə çalışa bilir. Nəticədə onu həm adi televizor şəklində həm də interyer dizaynı şəklində istifadə etmək mümkündür.
         Televizorun sahib olduğu T-Objet Always-On-Display funksiyası ekranda rəqəmsal sənət əsərlərini və ya fotolarını, hava haqqında məlumatı, idman yarışları nəticələrini və s. kontenti əks etdirir. LG tərəfindən patentləşdirilmiş LG Zero Connect Box texnologiyası öz növbəsində audio və videonun televizora naqilsiz şəkildə ötürülməsinə imkan verir. LG-nin sözlərinə əsasən aduio və videonun bu üsul ilə ötürülməsi zamanı heç bir gecikmə yaşanmır. Televizor üstəlik oyun həvəskarları üçün də yaxşı seçimdir. Belə ki, o, NVIDIA G-SYNCAMD FreeSync Premium texnologiyalarını dəstəkləyir. LG Signature OLED T-nin ABŞ-da qiyməti 60 000$ təşkil edir. Yaxın zamanda sözügedən televizor digər regionlarda da satışa çıxacaq.
    Paylaş