
Sensorlu ekrana sahib Apple HomePod-un fotoları təqdim edilib
Cihazlar+
29.12.2023
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti sensorlu ekrana sahib yeni HomePod səsgücləndiricisi üzərində çalışır. İndi isə insayderlər sözügedən səsgücləndiricinin fotolarını təqdim ediblər. İnsayderin verdiyi məlumata əsasən sensorlu ekran səsgücləndiricinin yuxarı hissəsinə yerləşdiriləcək. Gözləntilərə əsasən ekran Apple Music-dəki albomların qapaq fotolarındakı rənglər əsasında tərtib edilmiş animasiyaları, müxtəlif bildirişləri və media faylların idarəsi interfeysini əks etdirəcək. Sensorlu ekrana sahib yeni HomePod-un nə zaman təqdim olunacağı bilinmir.



Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
