Logo
    main-post-cover

    Sensorlu ekrana sahib ViewSonic TD2455 monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    31.07.2024
    Emil
         ViewSonic şirkəti sensorlu ekrana sahib yeni monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru ViewSonic TD2455 adlanır. Beləliklə ViewSonic TD2455 monitoru 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 24 düym ölçülü sensorlu IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 6 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 104%-ni, NTSC rəng diapazonunun isə 72%-ni əhatə edir.
         Monitor özündə ViewSonic Eye ProTech texnologiyasını birləşdirir. Bu texnologiya istifadəçi gözlərinin yüklənməsinin qarşısını almağa istiqamətlənmiş aparat və proqram təminatına sahibdir. Monitor 2 vatt gücündə səsgücləndiriciləri, HDMI 1.4, DisplayPort 1.2, USB Type-A, USB Type-B, USB Type-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. USB Type-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 60 vatt çıxış gücünə sahibdir. ViewSonic TD2455 artıq Çində satışa çıxıb və onun qiyməti 414$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş