Logo
    main-post-cover

    Sentyabrda Xiaomi-nin 9 smartfonunun dəstəyi dayandırılacaq

    Cihazlar+
    28.07.2025
    Emil
         Xiaomi mütəmadi şəkildə öz köhnə smartfonlarının dəstəklərini dayandırır. Şirkət bunu həmin cihazları özünün EoS (End of Support) siyahısına daxil etməklə edir. Qeyd etmək lazımdır ki, bu siyahıya daxil edilmiş cihazlar daha Android və təhlükəsizlik yenilənmələrini əldə etmirlər. İndi isə məlum olub ki, sentyabr ayında şirkətin ümumilikdə 9 smartfonunun rəsmi dəstəyi dayandırılacaq. Sentyabrda dəstəkləri dayandırılacaq smartfonlar Xiaomi, REDMI POCO-nu əhatə edirlər. Siyahı isə aşağıdakı kimidir:
    - Redmi A1
    - Redmi A1+
    - Poco C50
    - Xiaomi 11T
    - Xiaomi 11T Pro
    - Xiaomi Mi 11 Lite 5G NE
    - Xiaomi Mi 11 LE
    - Poco M5
    - Redmi 11 Prime 4G.
     
    Paylaş